Monzadakı yarışdan sonra gələcəklə bağlı planları barədə növbəti mərhələdə hər hansı açıqlama verib-verməyəcəyi soruşulanda, Alonso qısa şəkildə belə cavab verib: “Xeyr”.
Aston Martin-in Madriddə rəqiblərlə mübarizə aparmaq şansı barədə suala Fernando belə cavab verib: “Mövsümün sonuna qədər qalan mərhələlərdən danışsaq, elə uik-endlər olacaq ki, bizim üçün çətin keçəcək, elələri də olacaq ki, daha yaxşı çıxış edəcəyik. Yəqin ki, Madriddə imkanlarımız daha çox olacaq”.





