Pirelli bir pit-stop gözləyir

Ostində uzun məsafədə təkərlərin yeyilməsi gözləniləndən bir qədər yüksək alınıb, amma Pirelli-də hesab edirlər ki, komandaların əksəriyyəti bir pit-stoplu strategiyanı seçəcək…

Pirelli Motorsport-un direktoru Dario Marrafuski: “Üçüncü sərbəst yürüş cümə günkü sessiyalarla eyni mənzərəni ortaya qoyub. C4 tərkibi tutum və dövrə vaxtı baxımından C3 üzərində üstünlüyə malikdir, lakin uzun məsafədə bu tərkiblər demək olar ki, bərabərdir, bu da mövcud strategiya seçimlərinin spektrini genişləndirib.

Kompüter modelləşdirməsinin nəticələri göstərib ki, bir pit-stoplu strategiya yarış vaxtı baxımından ən səmərəli seçim olaraq qalır. Bir çox komanda startda ən yumşaq təkərlərin güclü tərəflərindən maksimum yararlanmaq üçün Soft-Medium kombinasiyasını seçəcək.

Lakin Hard təkərlər ikinci hissədə də istifadə oluna bilər, xüsusilə də təhlükəsizlik avtomobili erkən trasa çıxarsa – bu halda komandalar finişə C2 təkərləri ilə çatmağa cəhd edə bilər.

Əgər yeyilmə gözləniləndən yüksək olsa, Soft – Medium – Soft tərkiblərinin kombinasiyası ilə iki pit-stoplu strategiya mümkün ola bilər. Məsafə üzrə vaxt baxımından bir pit-stoplu strategiya ilə fərq böyük deyil, lakin trasdakı mövqeni və trafikin təsirini nəzərə almaq lazımdır. Sonda trasın vəziyyətinin dəyişməsi və asfaltın temperaturu komandaların seçimini böyük ölçüdə müəyyən edəcək”.