M.İzola: Builki təkərlər istiyə daha çox davamlıdır

Pirelli Pol Rikardakı yarışa C2, C3 və C4 tərkiblərini gətirəcək - bu üçlük sonuncu dəfə Mayamidə sürücülərin ixtiyarına verilib.

F-1.az xəbər verir ki, Pirelli Motorsport-un rəhbəri Mario İzola gözlənilən isti havaya baxmayaraq, təkərlərin yaxşı işləyəcəyinə əmindir.

Mario İzola: “Builki Fransa Qran Prisi keçənilkindən demək olar ki, 1 ay gec keçiriləcək, buna görə də daha isti hava şəraiti gözlənilir. Cari mövsümdə istifadə olunan təkərlər keçənilki 13 düymlük təkərlərdən istiyə daha çox davamlıdır. Bunun strategiyalara necə təsir edəcəyini görəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*