Mövsümsonrası testlər – 22.11.2022

Mövsüm başa çatdıqdan sonra testlərə yalnız bir gün vaxt ayrılıb - həm gələn ilin təkərlərinin yoxlanılması, həm də gənc sürücülərin testləri birləşdirilib.

F-1.az xəbər verir ki, bir il əvvəlkindən fərqli olaraq, bu dəfə təkərlərin ölçüləri dəyişmədiyi üçün əlavə test günlərinə də ehtiyac olmayıb.

Gün çox maraqlı keçib. Bəzi sürücülər yeni komandalarının maşınlarının sükanı arxasına ilk dəfə keçiblər. Nəticələri müqayisə etmək mənasızdır – çünki hər kəs öz proqramı üzrə işləyib və heç kim ən yaxşı dövrəni vurmağa can atmayıb.

Test insidentsiz keçməyib. Alonso və Norris 13-cü döngədə trasdan çıxıblar, Şvartsman isə 16-cı döngədə yerində fırlanıb. Hülkenberqin maşınında problemlər yaranıb.

İki dəfə qırmızı bayraqlar dalğalanıb – əvvəlcə Piastrinin maşını 7-ci döngədə dayanıb, daha sonra isə trasın üzərində qırıntılar olduğu üçün belə qərar qəbul olunub.

Gün ərzində ən yaxşı nəticələrə baxdıqda, ilk üçlükdə Ferrari maşınlarını idarə edən sürücüləri görürük. Karlos Sayns protokollara başçılıq edib, onu Şarl Lekler və Robert Şvartsman izləyiblər.

Beləliklə, 2022-ci il mövsümü tam başa çatıb. Növbəti testlər gələn ilin fevral ayının sonunda Bəhreyndə olacaq – sürücülər yeni maşınları ilk dəfə sınaqdan keçirəcəklər.

Yer N Sürücü Komanda Zaman Dövrə
1 55 Karlos Sayns Ferrari 1:25.245 65
2 16 Şarl Lekler Ferrari 1:25.383 56
3 39 Robert Şvartsman Ferrari 1:25.400 116
4 10 Pyer Qasli Alpine 1:25.689 130
5 1 Maks Ferstappen Red Bull 1:25.845 76
6 23 Aleksander Elbon Williams 1:25.959 118
7 45 Loqan Sarcent Williams 1:26.063 82
8 41 Nik de Friz AlphaTauri 1:26.111 151
9 18 Ləns Stroll Aston Martin 1:26.263 70
10 36 Lyam Louson Red Bull 1:26.281 111
11 82 Cek Duen Alpine 1:26.297 111
12 14 Fernando Alonso Aston Martin 1:26.312 97
13 11 Serxio Peres Red Bull 1:26.333 88
14 28 Oskar Piastri McLaren 1:26.340 123
15 34 Felipe Druqoviç Aston Martin 1:26.595 106
16 77 Valtteri Bottas Alfa Romeo 1:26.709 129
17 44 Lyuis Həmilton Mercedes 1:26.750 67
18 4 Lando Norris McLaren 1:26.890 115
19 27 Niko Hülkenberq Haas 1:27.000 110
20 22 Yuki Tsunoda AlphaTauri 1:27.123 135
21 51 Pyetro Fittipaldi Haas 1:27.172 99
22 21 Frederik Vesti Mercedes 1:27.216 124
23 63 Corc Rassell Mercedes 1:27.140 73
24 98 Teo Purşer Alfa Romeo 1:27.591 106
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*