Pirelli Motorsport-un direktorı Dario Marrafuski bildirib ki, təkərləri Sepanqa təyyarə ilə çatdırmaq lazım gələcək və tərkibləri seçərkən təkər mütəxəssisləri, demək olar ki, on il əvvələ aid məlumatlara əsaslanacaqlar, çünki Pirelli trasın əlavə təhlili üçün mütəxəssislərini əvvəlcədən Malayziyaya göndərə bilməyəcək.
“Əgər düz xatırlayıramsa, Malayziyada son yarış 2017-ci ildə keçirilib, – deyə Dario Marrafuski bildirib. – 2011-ci ildən etibarən biz ora hər il gedirdik, ona görə də kifayət qədər məlumat toplamışıq.
2017-ci ildə əvvəlki mövsümlərlə müqayisədə ilk dəfə daha geniş təkərlər istifadə olunmuşdu. Təkərlərin ölçüləri ilə maşınların xüsusiyyətlərinin nisbəti baxımından vəziyyət o zaman indiki ilə kifayət qədər yaxın idi.
Buna görə qərar verərkən mən 2017-ci ilin nəticələrinə əsaslanardım və o zaman istifadə etdiyimizə yaxın tərkibləri seçərdim, 2016, 2015 və 2014-cü illərdə istifadə olunanlara yox”.
2017-ci ildə Pirelli Sepanqa Medium, Soft və Supersoft tərkiblərini gətirmişdi ki, bunlar təxminən indiki C2, C3 və C4-ə uyğun gəlir.





