P.Lou: “Bizi ekstremal strategiyalar gözləyir”

Mercedes AMG-nin texniki direktoru Pəddi Lou bu həftəsonu Çində ekstremal təkər strategiyaları gözlədiyini deyib...

F-1.az xatırladır ki, Şanxay trasında ilk dəfə SuperSoft tərkibli təkərlərdən istifadə ediləcək, çünki əvvəlki yarışlarda ən yumşaq dəst kimi Soft təkərlərindən istifadə olunmuşdu.

Pilotların qırmızı rənglə markalanmış təkərlərdən sıralanma turunda istifadə etmələri gözlənilir və sıralanma turunda ilk onluğa düşən sürücülər yarışa bu təkərlərlə başlayacaqlar. Pəddi Lou bildirib ki, vəziyyət belə olsa, biz ilk beş dövrə ərzində pit-stoplar görə bilərik: “Şanxay təkər istifadəsinə görə Bəhreyn və Melburndan fərqlənir.

Amma biz bu yarışda da Bəhreyndəki ilə eyni dəst təkərləri istifadə edəcəyik. Buna görə də yarışın necə olacağı hamıya maraqlıdır.

İlk dəfə bu trasda SuperSoft təkərlərdən istifadə edəcəyik. Yeni qaydalara görə, bizi Bəhreyndəkinə nisbətən daha ekstremal təkər strategiyaları gözləyir. Sıralanma turunda istifadə etdiyimiz təkərlər yarışda yaxşı nəticə verməyəcək.

Bütün komandalar sıralanma turunda SuperSoft təkərlərdən istifadə etmək istəyərlər, amma bu təkər yarış ərzində yeyilməyə başlasa, ilk beş dövrə ərzində pit-stop görə bilərik”.

Lou bildirib ki, Çindəki dəyişkən hava yarışa maraq gətirə bilər: “Havanın necə olacağını əvvəldən bilmirik. Bu da işimizi çətinləşdirir. Burada hava çox isti və ya Belçikadakı kimi sərin ola bilər.

Bu qeyri-müəyyənlik bizim yarış üçün sazlanma tapmağımıza və strategiya qurmağımıza mane olur. Yəni ki, burada həmişə çətin yarışlar olur.

Biz yenə də Çin yarışını sevirik. Burada yaxşı nəticələr alırıq və çox güclüyük. Çindəki son 4 yarışda 4 poul, 3 qələbə qazanmışıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*