T.Volff: Rəqibləri kopiyalamamışıq

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, onlar rəqiblərini kopiyalamayacaqlar.

F-1.az xatırladır ki, “gümüşü oxlar” çərşənbə günü W14-ü təqdim ediblər. Gözlənildiyi kimi bolid yenə də saydpodsuz olub.

Toto Volff: “İndiyə kimi heç kəsi nüsxələməmişik. Hər zaman öz ağlımızla hərəkət etmişik və yaradıcı olmuşuq. Bu yanaşmamız həmişə yaxşı işləyib.

Ferrari-dən başqa digər komandalar Red Bull-a bənzəyiblər. Biz isə düşündük ki, keçənilki konsept yaxşı olacaq. Daha sonra bunun səhv olduğunu gördük.

İndi isə əvvəlkinə bənzəyən maşınla mövsümə başlayırıq, çünki bəzi şeyləri dəyişmək çətindir. Ancaq mən mühəndislərimə güvənirəm. Buna görə də konseptə sadiq qalacağıq. Ümid edirəm ki, istədiyimiz kimi olar. Olmasa da, başqa yol taparıq.

Məncə, mühəndislərin və dizaynerlərin işi həll yolu tapmaqdır. Buna görə də hər ehtimala hazırıq. Bizi nəyin gözlədiyini bilmirik. Özümüzü hər şeyə hazırlamalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*