25 Avqust 2019, Bazar - 06:52

R.Merhi: “Bottas Rosberqdən güclüdür”

R.Merhi: “Bottas Rosberqdən güclüdür”

Müəllif: Rauf Hacıyev, redaktor

10:21 - 27 Yanvar, 2017

Sabiq Formula1 sürücüsü Roberto Merhi bildirib ki, Mercedes-in yeni sürücüsü Valtteri Bottas 2016-cı ilin Dünya Çempionu Niko Rosberqdən qat-qat güclüdür.

F-1.az xatırladır ki, Rosberq 2014-cü və 2015-ci illərdə çempionluq uğrunda mübarizədə Həmiltona məğlub olmuş, amma 2016-cı ildə Dünya Çempionu titulunu qazanmışdı. Almaniyalı sürücü bu uğurdan cəmi 5 gün sonra karyerasını bitirmiş və Mercedes komandası Valtteri Bottası transfer etmişdi.

Roberto Merhi: “Əminəm ki, Bottas Rosberqdən daha istedadlıdır. Bəli, Rosberq çempion oldu və öz üzərində çox işləyir. Amma Bottasda daha çox yarışçı istedadı var və Həmiltonla mübarizə apara biləcəyinə inanıram. 2014-cü ildə yaxşı performans göstərdi və bəlkə də hər il daha çox inkişaf etdi. Amma bunu sübut etmək üçün güclü bolidi yox idi”.

Merhi Mercedes-in Verlyaynı transfer etməməsinə təəccüblənib: “Bəlkə də Volff Bottasın meneceri olduğu üçün onu seçdi. Bottas Verlyayndan fərqli olaraq Mercedes-in gənc sürücü proqramında olmayıb və buna görə də düşünürdüm ki, Verlyayn ilə müqavilə bağlayacaqlar. Amma bele görünür ki, əsas Mercedes-in inkişaf proqramı yox, Volffun inkişaf proqramıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 106
Teqlər , , , ,
Paylaş

logo