L.Həmilton: “Bəziləri qələbə qazanmaq üçün anasını satır”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yeni komanda yoldaşı Bottasa necə uyğunlaşacağı ona maraqlıdır.

F-1.az xatırladır ki, Rosberq istefa verdikdən sonra Mercedes komanadsı Bottası transfer etmiş və finlandiyalı sürücü əsas məqsədinin titul qazanmaq olduğunu demişdi.

Lyuis Həmilton: “Sözün açığı, komanda yoldaşımın kim olduğu və haradan gəldiyi mənim üçün vacib deyil. Əsas odur ki, mən kim olduğumu və çempionluq uğrunda mübarizə aparacağımı bilirəm. Əvvəlki illərdə mən yaxşı performans göstərsəm də, komanda yoldaşlarım mənə kömək etmədi. Buna görə də Dünya Çempionu fürsətlərini əldən verdim. Valtterinin komandaya nə vaxt uyğunlaşacağı mənə maraqlıdır. Təzyiqə davamlı olması çox vacibdir.

Rəqiblərim mənim üçün daha vacibdir. Onlarla mübarizə apararaq, ən güclü olmağa çalışdım. Bəziləri yarış qazanmaq üçün analarını satarlar, bəziləri də ruhunu. Görək Valtteri nə edəcək. Finlandiyalıların yaxşı insanlar olduğunu bilirəm. Onun yaxşı xasiyyətli insan olduğuna əminəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*