V.Bottas nikbindir

Mercedes komandasının sürücüsü Valtteri Bottas gələcəyi barədə nikbindir.

F-1.az xatırladır ki, finlandiyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitəcək. 32 yaşlı pilotun adı Alfa Romeo ilə hallanır. Amma Mercedes də onu saxlamaq barədə düşünür.

Valtteri Bottas: “Yeni xəbər yoxdur. Ən azından sizə bir söz deyə bilməyəcəm. Gün keçdikcə hər şey dəqiqləşir, amma sizə məlumat verə bilmirəm. Hər şey qaydasındadır və hadisələrin gedişindən razıyam. Bundan artıq heç nə deyə bilməyəcəm. Növbəti iki həftə ərzində heç nə məlum olmayacaq.

Bundan başqa dedi-qoduları müzakirə etmək mənasızdır. Hər il eyni şeyi danışırlar və buna öyrəşməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*