B.Ekklstoun: “Ferrari-nin qayıdışı mükəmməl oldu”

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Ferrari-nin çempionluq uğrunda mübarizəyə qoşulması Formula1-in vəziyyətini yaxşılaşdırıb.

F-1.az xatırladır ki, Mercedes komandası 2014-2016-cı illərdə baş tutan 59 yarışda 51 qələbə qazansa da, yeni mövsüm “gümüşü oxlar” üçün elə də asan başlamayıb. Ferrari bu il keçirilən 4 yarışın ikisində qalib gəlib. Fettel hazırda sürücülər çempionatında rəqibi Həmiltonu 13 xal qabaqladığı halda, Mühəndislər Kubokunda “qırmızılar” Mercedes-ə sadəcə bir xal uduzurlar.

Berni Ekklstoun: “Növbəti yarışlarda Lyuislə Sebastyanın çempionluq uğrunda mübarizə aparacağını düşünürəm. Bu mübarizəni görmək maraqlı olacaq. Bu mövsüm Ferrari mükəmməl geridönüş edərək, hamını təəccübləndirib. Bunun hesabına idmana olan marağın artacağını düşünürəm. Hamı Mercedes-in hegemonluğundan bezmişdi. Buna görə də indi hamı xoşbəxt olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*