V.Bottas: Şansımız var

Mercedes komandasının sürücüsü Valtteri Bottas üçüncü yerdən razıdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü lider Ferstappendən 0.6 saniyə geridə qalaraq, 3-cü olub.

Valtteri Bottas: “Üçüncü sərbəst yürüşlər çətin keçdi. Bolidin balansı pis idi və özümü narahat hiss edirdim. Ümid edirdim ki, sıralanma turu yaxşı keçər. Sıralanma turunda daha güclü idik, amma ilk sessiyada Soft təkərlə çıxdığım üçün bir dəst təkər əldən getdi. Buna görə də son sessiyada bir dəst təkərim qalmışdı və onunla Həmiltonla Ferstappenə qarşı mübarizə aparmaq çətin idi.

Sıralanma turu pis deyildi, amma istədiyimiz dövrəni ata bilmədik. Lakin üçüncü yerdən başlayacağıq və startda hər şey mümkündür. Biz və Maks medium təkərlərlə başlayacağıq. Strategiya cəhətdən ciddi fərq yoxdur. Maksa qarşı iki maşınla mübarizə aparacağıq. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*