Pirelli Leklerə cavab verib

Britaniyalı sürücü Kanadada 2024-cü ildə təkərlərin termoqızdırıcılarının istifadəsini mərhələli şəkildə dayandırmaq qərarını tənqid edib.

F-1.az xəbər verir ki, Corc termoçexollardan imtinanın təhlükəli ola biləcəyindən və qəzalara şərait yaradacağından ehtiyatlanır.

Pirelli-nin baş mühəndisi Simone Berra Mercedes-in sürücüsünə cavab olaraq, təkərlər iş temperaturuna çatana qədər trasda təhlükəli vəziyyətlərdən qaçmaq üçün sürmə tərzini dəyişməyi tövsiyə edib.

Simone Berra: “Təhlükəsizlik baxımından telemetriya məlumatlarında heç bir xüsusi risk görmədim. Ancaq sürücülər ilk dövrədə pilotajlıq tərzini tənzimləməli olacaqlar. Onlar da təkərləri qorumaq üçün yeni üsluba uyğunlaşmalı olacaqlar – soyuq təkərlərdə ilk döngələrdə çox güclü hücumlar aşınmaya gətirib çıxaracaq.

Sürücülərin fikrinə hörmətlə yanaşıram, lakin yeni təkərlərin fərqli yanaşma tələb edəcəyi aydındır. Sürücülər nəzərə almalıdırlar ki, termal örtüklərdə qızdırılmayan təkərlərin davranışı fərqlidir. Buna görə də, bokslardan çıxış dövrəsini keçməyə yanaşma fərqli olmalıdır.

Əlbəttə ki, soyuq havada təkərləri iş diapazonuna gətirmək daha çətin olacaq, lakin bunun üçün dövrənin başlanğıcını, birinci sektoru düzgün idarə etməlisiniz. Ümumiyyətlə, biz fərqləri yalnız birinci sektorda gördük. Yeni təkərlər ikinci və üçüncü sektorları əvvəlcədən termal örtüklərlə qızdırılan şinlərlə eyni vaxtda keçməyə imkan verdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*