C.Rassell startda 3 yer itirəcək

Williams komandasının sürücüsü Corc Rassell yarışın startında 3 yer itirəcək.

Williams komandasının sürücüsü Corc Rassell sprint yarışı zamanı Karlos Saynsla yaşadığı insidentdə günahkar bilinib.

Xatırladaq ki, yarışın startında iki sürücü yan-yana gəlmiş və britaniyalı pilot rəqibini trasdan çıxarmışdı. Yekunda Sayns 19-cu pilləyə geriləmişdi.

Stüardlar britaniyalı sürücünü əsas yarışda 3 yer itirməklə cəzalandırıblar və sürücülük vəsiqəsinə bir bal yazıblar – indi onun 7 balı var…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*