M.Ferstappen: Gözlənilməz oldu

Red Bull komandasının sürücüsü Maks Ferstappen qələbəni gözləmədiyini deyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 4-cü yerdən başlasa da, yaxşı startla Hülkenberqi keçərək, 3-cü yerə yüksəlib. Daha sonra isə təkər problemi ilə üzləşən Mercedes pilotlarını geridə qoyaraq, mövsümdə ilk qələbəsini qazanıb.

Maks Ferstappen: “Bunu gözləmirdim. Amma pitdən əvvəl təkərlərin yaxşı vəziyyətdə olduğunu gördük. Təbii ki, Mercedes-in sərt təkərlərlə nə edəcəklərini bilməzdik. Bolid əla işlədi və təkərlə bağlı problem yaşamadım. Burada qalib gəlmək inanılmazdır. Çox xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*