S.Peres: Ferstappenə kömək edəcəm

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Əbu Dabidə Ferstappenə kömək edəcək.

F-1.az xatırladır ki, Maks Ferstappen və Lyuis Həmilton mövsümün sonuncu yarışı Əbu Dabiyə bərabər xallarla gedirlər.

Serxio Peres: “Doğrudan da vacib həftəsonu olacaq. Orada bir az güclü ola bilərik. Onlar Ciddədə bizdən bir az güclü idi. Ümid edirəm ki, bazar günü hər şeyi tərsinə çevirərik. Bu həftəsonu həm Maks, həm də komanda üçün əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*