Kanada-2022: Birinci sərbəst yürüşlər

Formula1 Kanadaya 3 illik fasilədən sonra yeni nəsil maşınlarla və daha enli təkərlərlə qayıdıb. Artıq ilk məşqlərdən tribunalar dolu olub. Komandalar yeni maşınlarla sazlanmalar üzərində sıfırdan işləməlidirlər, növbəti iki sessiyanın isə yağışlı havada keçəcəyi gözlənilir...

F-1.az bildirir ki, hava quru olsa da, güclü külək əsib. Buludlar trasın üzərinə yaxınlaşıb, buna görə də, sürücülər bokslarda vaxt itirməyiblər. Okon 15-ci dədiqədə sağ ön təkəri tüstüləndiyi üçün boksa gəlib. Məlum olub ki, problemə səbəb əyləc kanallarına zibilin dolması imiş. Fransız sürücü tezliklə trasa qayıdıb.

Ferstappen asılqanlardan şikayət edib. Problem həll olunub və Maks yenidən trasa qayıdıb. Tsunoda 9-cu döngədə beton maneə ilə təmas edib və maşını yoxlamaq üçün mexaniklərə çatdırıb. Saynsın önünə köstəbək çıxıb. Yaırşdan əvvəl heyvanların oradan köçürülməsinə çalışılmışdı, bu yəqin ki, diqqətlərdən yayına bilib.

Maks Ferstappen 1:15.158-lik nəticə ilə protokollara başçılıq edib. Yağış imkan verərsə, sürücüləri bu gün daha bir məşq sessiyası gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:15.158 27
2 55 Karlos Sayns Ferrari 1:15.404 + 0:00.246 34
3 14 Fernando Alonso Alpine 1:15.531 + 0:00.373 30
4 11 Serxio Peres Red Bull 1:15.619 + 0:00.461 32
5 16 Şarl Lekler Ferrari 1:15.666 + 0:00.508 29
6 63 Corc Rassell Mercedes 1:15.822 + 0:00.664 28
7 18 Ləns Stroll Aston Martin 1:15.877 + 0:00.719 32
8 44 Lyuis Həmilton Mercedes 1:15.877 + 0:00.719 27
9 5 Sebastyan Fettel Aston Martin 1:16.041 + 0:00.883 33
10 3 Daniel Rikkardo McLaren 1:16.083 + 0:00.925 29
11 10 Pyer Qasli AlphaTauri 1:16.165 + 0:01.007 29
12 4 Lando Norris McLaren 1:16.211 + 0:01.053 17
13 23 Aleksander Elbon Williams 1:16.308 + 0:01.150 29
14 22 Yuki Tsunoda AlphaTauri 1:16.322 + 0:01.164 33
15 31 Esteban Okon Alpine 1:16.421 + 0:01.263 25
16 77 Valtteri Bottas Alfa Romeo 1:16.426 + 0:01.268 27
17 24 Quanyu Çjou Alfa Romeo 1:17.152 + 0:01.994 30
18 47 Mik Şumaxer Haas 1:17.223 + 0:02.065 25
19 6 Nikolas Latifi Williams 1:17.241 + 0:02.083 32
20 20 Kevin Maqnussen Haas 1:17.555 + 0:02.397 30
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*