Komanda, həmçinin finişə az qalmış Mexiko Qran Prisi zamanı baş vermiş Valtteri Bottasın qəzasının səbəblərinin araşdırıldığını və zəruri tədbirlərin görüldüyünü bildirib.
Kolton Herta: “MAC-26-nın sükanı arxasına qayıtmaq və daha bir məşq sessiyası keçirmək imkanı əldə etdiyimə görə şadam. İnterlaqos əfsanəvi trasdır və burada Formula 1 maşınını sürmək çox maraqlı təcrübə olacaq.
Cadillac maşınını sürdüyüm hər sessiyada – bu, Barselona, Budapeşt, Ostin və Mexikoda olub – özümü daha rahat hiss edirəm və mühəndislərlə qarşılıqlı işim getdikcə daha ahəngdar alınır.
Cümə günü Braziliyadakı məşqdə qarşımdakı vəzifə əvvəlki kimi olacaq: proqrama dəqiq əməl etmək, onu yerinə yetirmək, Serxio və onun mühəndislərinə sazlamalarla bağlı mümkün qədər keyfiyyətli məlumat vermək və irəliləyişimi davam etdirmək. Mənə bu imkanı yaratdığı üçün komandaya minnətdaram”.





