13 Noyabr 2019, Çərşənbə - 09:15

K.Horner: “Rikkardo Ferstappenlə bacarır”

K.Horner: “Rikkardo Ferstappenlə bacarır”

Müəllif: Rauf Hacıyev, redaktor

09:55 - 17 İyul, 2016

Red Bull karyerasına mükəmməl başlayan və ilk yarışındaca qalib gələn Ferstappen bütün diqqətləri öz üzərinə çəkib…

F-1.az xatırladır ki, Kristian Horner bildirib ki, Daniel Rikkardo komanda yoldaşının üstün performansından razıdır və bu, onu inkişaf etdirir: “Daniel işləri yaxşı idarə edir. Silverstounda virtual təhlükəsizlik avtomobilinə görə bəxti gətirmədi. Bunun nəticəsində 10 saniyə itirdi və Peresin arxasına düşdü. Peresi keçdikdən sonra isə öndəki sürücülər ilə eyni tempi göstərməyə başladı. Amma fərq çox böyük olduğu üçün rəqiblərinə çata bilmədi. Əminəm ki, qısa müddət ərzində yenidən podiuma çıxacaq. Buna layiqdir və bunu edəcək sürətə sahibdir. Komandada bir-birinə güvənən iki sürücümüz var. Bir-biri ilə mübarizə aparırlar və özlərini inkişaf etdirirlər. Komandanın öz gücünə inamı get-gedə artır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 251
Teqlər , , ,
Paylaş

logo