G.Berger: Heç kim Ferstappeni məğlub edə bilməz

Məşhur F1 eksperti düşünür ki, Maks Ferstappen və Serxio Peres arasında çempionluq mübarizəsi gözləmək əbəsdir.

F-1.az xəbər verir ki, onun fikrincə Maks məğlubedilməzdir.

Gerhard Berger: “Mən proqnoz verməyin tərəfdarı deyiləm, amma bu mövsüm hər şey göz qabağındadır. Çətin ki, Mercedes, Ferrari və Aston Martin altı ay ərzində belə böyük fərqlə geridə olmaqdan tamamilə qurtula bilsinlər. Üstəlik, Red Bull maşın hazırlamaqda və inkişaf etdirməkdə həmişə mahir olub.

Azarkeşlər Peres və Ferstappenin bir zamanların amansız rəqibləri Ayrton Senna və Alen Prost kimi bir mübarizə aparmalarını istərdilər. Amma mən buna şübhə edirəm. Maks çox güclüdür, Çeko onun üçün həyatı çətinləşdirə bilməz. Hər ikisi ön cərgədən başlasa belə, hər şey olduqca sadədir. Heç kim Ferstappeni məğlub edə bilməz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*