C.Stüard Ferstappenə təriflər yağdırıb

Formula1 üzrə üçqat Dünya Çempionu Ceki Stüart gənc Ferstappenə təriflər yağdırıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü 2015-ci ildə idmanda debüt etmiş, 2016-cı ildə Barselonada qalib gələrək Formula1 tarixinin qələbə qazanan ən gənc sürücüsü olmuşdu.

Ceki Stüart: “Maks Ferstappenin performansına baxsaq, onun Formula1 üçün yeni nəfəs olduğunu görərik. Bəzən tənqid edilsə də, çox həvəslidir. Yaşına baxmayaraq, çox yetişkən davranır. Çox sürətli və güclü sürücüdür. Eyni zamanda ağıllıdır. İdmanı sevir və çox şey qazandırır. Hər yarış maksimum performans göstərir. Hollandiyada idmanın sevilməsinə töhfəsini verir. Tribunalarda hollandiyalı azarkeşlərin sayı artıb. Gələcəkdə daha güclü olacağına inanıram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*