H.Marko: Üç namizədimiz var idi

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Peresi Mercedes motoruna görə seçiblər.

F-1.az xatırladır ki, meksikalı sürücü gələn ildən etibarən Red Bull komandasında çıxış edəcək.

Helmut Marko: “Hülkenberq bizim üçün ciddi namizəd idi. Aleksander Elbon, Niko Hülkenberq və Serxio Peres kimi üç namizədimiz var idi. Onların güclü və zəif tərəflərini təhlil etdik. Ancaq Peres özü ilə birgə Mercedes motoru haqqında məlumatlar gətirəcək. Bundan başqa Hülkenberq bu il az yarışa çıxıb”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*