Qasli və Rassellə cərimə balları yazılıb

Stüardlar hər iki sürücünün iştirakı ilə baş vermiş insidentlərə baxıb, onlara təkcə vaxt cəzası verməyib, həm də onların super lisenziyalarına 2 cərimə balı yazıb.

F-1.az bildirir ki, Pyer Qasli yarış əsnasında Sebastyan Fettellə insidentə görə məsuliyyət daşıyır – artıq onun hesabında 6 cərimə balı var.

Stüradlar Corc Rassell ilə Serxio Peres arasındakı hadisəni ilk dövrə insidenti kimi qiymətləndirməyiblər. Çünki həmin insident məhz bu iki sürücü arasında baş verib və başqaları iştirak etməyib. Britaniyalı sürücünün hesabındakı cərimə ballarının sayı 3-ə çatıb.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*