Fettel Mercedes-ə keçəcək?

Sabiq Formula1 komandası rəhbəri Eddi Cordan bildirib ki, Fettel 2018-ci il üçün Mercedes-lə danışıqlar aparır.

F-1.az xatırladır ki, almaniyalı sürücü builki 4 yarışdan ikisində qalib gəlib. 29 yaşlı sürücünün Ferrari ilə müqaviləsi mövsümün sonunda bitəcək və bəzi şayiələrə görə, Mercedes heyətində almaniyalı sürücü görmək istədiyi üçün Fetteli transfer etməyə çalışır.

Eddi Cordan: “Əminəm ki, Mercedes 2018-ci il üçün Fettellə danışıqlar aparır. Elə də olmalıdır. Formula1 dünyası çox qəddardır. Təkcə özünüzü gücləndirməklə kifayətlənməməli, rəqiblərinizi də zəiflətməlisiniz”.

Amma Lauda bu xəbərləri təkzib edib: “Hazırda Sebastyan ən yaxşısıdır. Nə istədiyini bilir və bilir ki, boliddən maksimumu necə çıxarmaq olar. İnanılmaz dərəcədə güclü sürücüdür. Bu şayiələr axmaqlıqdır. Ferrari ilə yarış qazanmağa davam etdiyi halda niyə oradan ayrılsın? Bu, dəlilik olar”.

Toto Volff da Fettelin komandası Ferrari-dən ayrılacağını düşünmür: “Valtterinin müqaviləsi barədə danışmaq üçün hələ tezdir. Amma onu sevirəm və əla sürür. Fettel isə ən sürətli bolidə sahibdir və belə olan halda niyə komandasından ayrılsın?

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*