Ş.Lekler: Gözlənilməz nəticə idi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, sıralanma turunda dördüncü yeri gözləmirmiş.

F-1.az xatırladır ki, monakolu sürücü lider Həmiltondan 1.1 saniyə geridə qalaraq, 4-cü olub.

Şarl Lekler: “Çox xoşbəxtəm. Sabahkı yarışa Medium təkərlə dördüncü yerdən başlayacam. Bu gün sınadıq. Düzü inanmırdım ki, bacararıq. Ammamişə yaradı və bu, çox gözəl oldu. Yarışa başlamaq üçün əla yerdəyik.

Yarış tempində zəifik. Tempimiz olsa da, təkərləri rəqiblərimizdən tez yeyirik. Buna görə də medium təkərlə başlamaq bizə kömək edəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*