L.Norris: Ferrari sürətlidir

McLaren komandasının sürücüsü Lando Norris rəqibləri Ferrari-nin sürətinə heyran qalıb.

F-1.az xatırladır ki, Ferrari İmolada cümə sərbəst yürüşlərində güclü olub. İtalyanlar hazırda orta qrupun ən sürətli komandasıdır.

Lando Norris: “Bolidimiz hələ yaxşı deyil. İmolaya hələ öyrəşə bilməmişik. Hələki çətindir, amma keçən il də burada çətinlik yaşamışdıq. Bəzi traslar bolidi uyğun oldu halda, bəziləri uyğun olmur. Lakin ikinci sessiyada təkmilləşə bildik. Ümid edirəm ki, şənbə günü daha da yaxşı olarıq.

Ferrari Bəhreyndəki döngələrdə bizdən sürətli idi. İndi də sürətlidirlər. Bunu gözləyirdik. Bəlkə də, gözlədiyimizdən sürətlidirlır, ancaq bəxi yarışlarda biz, bəzilərində onlar öndə olacaqlar. Hazırda sadəcə Ferrari böyük inkişaf yolu keçə bilər. Bu səbəbə görə təəccüblənmirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*