Ferrari Kaspersky ilə müqavilə uzadıb

Ferrari komandası Kaspersy Lab ilə çoxillik müqavilə uzadaraq, tərəfdaşlığını artırıb.

F-1.az xatırladır ki, Kaspersky Lab dünyanın ən yaxşı antivirus şirkətlərindən biridir. Qeyd edək ki, tərəflər 2010-cu ildən birlikdə işləyirlər. Rusiyalı şirkət həm Maranellodakı bazada, həm də yarışlarda İtaliya komandasının məlumatlarını qoruyur.

Mattia Binotto: “Kaspersky ilə müqavilə yenilədiyimiz üçün sevincliyik. İki şirkət də texnoloji yeniliklər üçün əlindən gələni edir. Onlar uzun illərdir ki, bizim məlumatlarımızı qoruyurlar. Bu cür güvənli tərəfdaşlarımız olduğu üçün sevincliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*