F.Vassyör: Qələbə qazana bilərik

Ferrari komandasının yeni rəhbəri Frederik vassyör bildirib ki, çempion olmaq üçün hər şeyə sahibdirlər.

F-1.az xatırladır ki, “qırmızılar” 2008-ci ildən sonra çempionluğa həsrət qalıblar.

Frederik Vassyör: “Ferrari-nin qələbəsinə inanıram. Düzdür, buraya iki həftədir gəlmişəm, amma qazanmaq üçün hər şeyə sahibik. Daha yaxşı nəticə üçün hər şeyi bir araya gətirməliyik.

Son on ildəki nəticələrə baxsanız, görərsiniz ki, hər şey yaxşıdır. Hər şey inkişafdan asıldır. Əgər bir neçə ay ərzində yaxşı işləsək, onda qazana bilərik. Heç nə dəqiq deyil.

Bir neçə il əvvəl hegemonluq edən komandalara baxdanız, görərsiniz ki, indi geriləyiblər. Formula1 davamlı dəyişir. Biz öz işimizi görməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*