F.Vassyör: Yeniliklər hesabına inkişaf edəcəyik

Ferrari komandasının rəhbəri Frederik vassyör bildirib ki, son yeniliklərin hesabına inkişaf edəcəklər.

F-1.az xatırladır ki, Ferrari İspaniya Qran Prisinə yeni motor qapağı, saydpod, arxa qanad və yenilənmiş altlıq gətirib. Əksəriyyət düçünür ki, Ferrari yeniliklərdən sonra Red Bull-a bənzəyib.

Frederik Vassyör: “Yeniliklər bizə bolidin inkişafında kömək edir. Bu, ümidverici haldır. Bu qərarı vermək bizim üçün asan olmadı. Bilərək bu yolu seçdik. Görək növbəti həftələrdə nə olur. Amma yeniliklər bizə ümid verir. Yeni detalların bizi irəliyə aparmasını gözləyirik. Böyük addım olmasa da, az da olsa bizi inkişaf etdirməsini və bizə yeni yollar göstərməsini gözləyirik. Önümüzdə inkişaf yönü müəyyənləşdirmək üçün növbəti yarışlara da yeniliklər hazırlayacağıq. Buna görə də yeniliklərlə irəliyə getməyi hədəfləyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*