Ferrari Madriddə çəkiliş günü keçirəcək

Ferrari sentyabrda İspaniya Qran Prisini qəbul edəcək Madridin yeni şəhər trasını sınaqdan keçirən ilk Formula1 komandası olacaq.

Skuderiya Madrinqdə çəkiliş günü keçirəcək: həmin çərçivədə 200 kilometrdən artıq məsafə qət edilməsinə icazə verilməyəcək. Gözlənilir ki, komandadan hər iki sürücü – Şarl Lekler və Lyuis Həmilton – sükan arxasına əyləşəcək. Onlar yeni trasla ilk tanışlığı keçirəcəklər, komanda isə Madriddə debüt edəcək yarış həftəsonundan əvvəl faydalı məlumat toplayacaq.

İspan avtodromunun tikintisi hələ də davam edir, lakin əsasən tribunlar və paddokdakı infrastruktur obyektləri üzərində işlər gedir. Yarış halqası isə artıq hazırdır, bu da Ferrari-yə yeni trasda ilk dövrələri keçməyə imkan verəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*