14 Dekabr 2018, Cümə - 09:24

Sebastyan Fettel mühərriyə görə narahat deyil

Sebastyan Fettel mühərriyə görə narahat deyil

Müəllif: Rauf Hacıyev, redaktor

21:50 - 14 Aprel, 2016

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Bəhreyn yarışındakı problemə görə güc qurğusunun dəyişdirilməsi ona heç bir problem yaşatmayacaq.

F-1.az xatırladır ki, Bəhreyn yarışının isinmə dövrəsində Fettel mühərriklə bağlı problem yaşamışdı və start verməmiş yarışı dayandırmışdı.

Sebastyan Fettel: “Bu cür şeylər ola bilər və biz bunu qəbul etməliyik. Bu elə də böyük problem deyil.

Burada heç bir dəyişiklik yoxdur. Sözün düzü, yeni mühərriyimiz olacaq, amma mövsümün bitməsinə hələ çox var”.

Qeyd edək ki, bu il yarışların sayı 20-dən 21-ə yüksəldiyi üçün hər sürücüyə mövsüm ərzində 5 mühərrik istifadə etməyə icazə verilib.

Sebastyan Fettel: “İndi siz deyə bilərsiniz ki, bu mövsüm mühərrik cəhətdən daha yaxşı vəziyyətdəsiniz. Keçən ilə nisbətən 2 yarış çox olacaq, amma əlavə 1 mühərriyimiz var.

Keçən illə eyni vəziyyətdəyik. Mövsümün sonlarına yaxın əlavə mühərrik istifadə edə bilərik.

Mövsümə istədiyimiz kimi başlaya bilmədik və bunu siz bilirsiniz.

Kiminin Avstraliyadakı problemi, mənim Bəhreyndəki problemim və performans cəhətdən də istədiyimiz vəziyyətdə deyilik.

Siz mənfi rəylər verə bilərsiniz, amma hazırkı vəziyyət məni narahat etmir, çünki komandanın güclü olduğunu bilirəm.

Biz çox inkişaf edə bilərik və bunun üçün potensialımız var.

Əsas odur ki, hər şeyi bir araya gətirə bilək. Ümid edirəm ki, əvvəl-axır bunu bacararıq.

Mən inanıram ki, bu il Mercedes ilə mübarizə aparacayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 316
Teqlər , , ,
Paylaş

logo