K.Sayns: Quru təkərlər bizə şans verdi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, quru təkərlərlə dövrə vuraraq şans qazanıblar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü trasın qurumağından istfadə edərək, quru hava təkərlərinə keçib və bunun hesabına sıralanma turunda ikinci olub. İspaniyalı sürücü karyerasında ilk dəfə ilk cərgədən start alacaq.

Karlos Sayns: “Sıralanma turu başlayandan hər şey qarışıq idi. İkinci sessiyadakı vəziyyətimizə baxanda quru hava təkərlərinin bizə şans yaradacağına inanırdım. Sessiaynın sonunda təkərləri qızdırmaq üçün iki dövrə vurduq və son cəhdimizdə əla nəticə göstərdim. Heyif ki, finiş xəttini ilk keçən mən oldum və ən yaxşı tras şəraitindən istifadə edə bilmədim. Ancaq dövrəmi limitdə vurmuşdum.

Ümid edirəm ki, startda Landonu keçərəm. Ya da yaxşı hava kisəsi götürüb yerimi qoruyaram, çünki ikinci yerdən başlamaq yaxşı deyil. Bu axşam bəzi şeylər üzərində işləyəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*