M.Binotto: “Meksika çətindir”

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Meksikada hədəfləri qələbədir.

F-1.az xatırladır ki, italyanların hələ də Rodriqes Qardaşları trasında 25 ildir ki, qələbəsi yoxdur.

Mattia Binotto: “Daha yaxşı nəticə qazana biləcəyimiz iki yarışdan sonra Meksikaya gedirik. Ardıcıl altıncı dəfə poul qazanmaq və bunu qələbəyə çevirmək istəyirik. Meksikada sizə təsir edə biləcək çoxlu ünsürlər var. Bunun əksəriyyəti dənizdən 2 min metr yüksəkdə yarışmağımızdan qaynaqlanır. Burada güc qurğusu və şassini sazlamaq çətindir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*