Ferrari yeni mühərrik hazırlayır və komandanı yenidən qurur

Ferrari komandasında 2027-ci il mövsümü üçün yeni güc qurğusu hazırlanır və mühərrik bölməsi yenidən qurulur.

İtaliya mətbuatının yaydığı məlumata görə, Maranelloda bir neçə yeni mühərrik mütəxəssisinin gəlişini gözləyirlər. Onların arasında daha əvvəl Mercedes və Red Bull Powertrains-də çalışmış, hazırda isə Ferrari-yə keçid ərəfəsində məcburi məzuniyyətdə olan aparıcı mühəndislərdən biri də var. Həmin mütəxəssisin adı hələlik açıqlanmayıb.

Bununla yanaşı, Skuderiyada mühərrikqayırma bölməsində daxili dəyişikliklər də aparılıb. Xüsusən, GT şöbəsindən keçən Françesko Morettini bölmənin yenidən təşkilinə cavabdeh olacaq. O, keyfiyyətə cavabdeh olan Françesko Marino və hibrid və elektron sistemlər istiqamətinin rəhbəri Luka Poco ilə birlikdə çalışacaq.

Ferrari-də 2027-ci il güc qurğusunun konsepsiyası artıq müəyyənləşdirilib. Komanda “isti” mühərrik konsepsiyasından tam imtina etmək niyyətində deyil, lakin onun konstruksiyasını dəyişməyi planlaşdırır. Xüsusən, yanma kamerasında işçi temperaturunu artırmaq istəyir. Bununla paralel olaraq, Shell mühəndisləri gələn mövsüm üçün yanacağın təkmilləşdirilməsi üzərində işləyirlər.

Həmçinin gözlənilir ki, yeni güc qurğusunda daha böyük diametrli turbindən istifadə olunacaq. Bu, gücü artırmalı və batareyanın yüklənmə vaxtını azaltmalıdır.

Maranelloda hesab edirlər ki, 2027-ci il bolidi Mercedes-lə mübarizə aparacaq gücdə olacaq. Bu fonda Frederikin Vassyörün komanda rəhbəri postundan uzaqlaşdırılması ehtimalı az görünür, çünki onun yerinə yeni bir şəxsin gəlməsi istər-istəməz bütün komandanın dərin yenidənqurulmasına və faktiki olaraq yeni dövrün başlanmasına gətirib çıxaracaq.

,