E.Pirro: Vassyör inqilabi işlər görməməlidir

Sabiq Formula1 sürücüsü Emanuel Pirro düşünür ki, Frederik Vassyör Ferrari-də inqilabi işlər görməməlidir.

F-1.az xatırladır ki, Frederik Vassyör bu ildən “qırmızlar”ın rəhbəridir. Əksəriyyət ondan çempionluq gözləyir.

Emanuel Pirro: “2022-ci il Ferrari üçün elə də yaxşı kemədi. Düşünürəm ki, Vassyör işlərinə qaydasına qoyacaq və komandaya pozitivlik gətirəcək. Ancaq inqilabi işlər görməməlidir. Onun üçün yaxşı olmaz”.

, ,