20 Avqust 2019, Çərşənbə axşamı - 03:05

S.Fettel: “Gələn il daha çox dəbilqə dəyişəcəm”

S.Fettel: “Gələn il daha çox dəbilqə dəyişəcəm”

Müəllif: Rauf Hacıyev, redaktor

00:47 - 14 Dekabr, 2016

Qalib gəldiyi yarışlardan sonra dəbilqəsini dəyişdirən Sebastyan Fettel bildirib ki, gələn il ona daha çox dəbilqə lazım olacaq.

F-1.az xatırladır ki, Fettel peletonda ən çox dəbilqə dəyişdirən sürücü kimi tanınır. Hamıya məlumdur ki, almaniyalı qalib gəldiyi yarışda istifadə etdiyi dəbilqəni növbəti yarışda yenisi ilə əvəzləyir.

Ferrari 2016-cı ilə böyük hədəflərlə başlasa da, qələbə qazana bilməyib və mövsümü 3-cü yerdə bitirib.

Amma Fettel inanır ki, komandası gələn il daha güclü olacaq: “Komanda gələn il daha güclü olacaq. Ancaq onu deyim ki, keçən mövsüm qış testlərindən sonra pozitiv idik və bunun üçün səbəblərimiz var idi, amma mövsüm ərzində istədiyimiz nəticələri ala bilmədik və komanda olaraq aqressivləşdik. Bu il çox şey itirdik.

İlboyu təkərlərlə bağlı problemlər yaşadıq. Şassi, etibarlılıq və bolidin sürəti… Bütün bunları başa düşməli və həll etməliyik. Əgər bir il ikinci olub, növbəti il üçüncü olsaq, buna görə sevinə bilmərik.

Əbu Dabidə 1-ci və ya 2-ci bitirmək istərdim, amma alınmadı. Podiumu əldən vermək istəmədim. Mövsüm çətin keçdi və öz səhvlərimiz də var idi. Malayziyada səhv etdim, Bəhreyndə start ala bilmədim və Avstriyada təkərim partladı. Bəxtə və ya bəxtsizliyə inanmıram, amma elə bil ki, bəzi görünməz əngəllər var idi. Bu il bir neçə dəfə ötürmələr qutusu dəyişdirməli olduq. Buna görə neçə dəfə cəza aldığımızı və pul ödədiyimizi xatırlamıram. Daha sonra yüksəlmək üçün əlimizdən gələni etməli idik və bunu həmişə bacarmadıq. Daha yaxşı nəticələr almalı idik. Düzdür, bolidimiz ən sürətli deyil və bu bardə çox danışmaq istəmirəm, amma Red Bull-dan zəif olduğumuzu düşünmürəm.

Rəykkönen sakitdir və buna görə məmnunam. Bir-birimizə qarşı anlayışlı olmağımız çox vacibdir. Onunla aramızda və ya komanda ilə problem yoxdur. Hər şey idealdır”.

Fettel Rosberqi dəstəkləyib: “Nikonun özünü sübut etməyə ehtiyacı yoxdur. Əlbəttə, cəsarətli qərar verdi, amma bu onun seçimidir. Karyerası üçün daha asan olanı seçdi. Amma Dünyaya bir dəfə gəlirik. Bu şansdan necə istifadə edəcəyinizə özünüz qərar verməlisiniz. İlk dəfə çempion olanda Nikodan daha gənc idim və dərhal ikinci titul barədə düşünməyə başlamışdım. Çox istəkli idim”.

Almaniyalı sürücü qəribə adətlərindən də danışıb: “Bilirsiniz ki, mənim bir adətim var. Qazandığım qələbədən sonra o yarışdakı dəbilqədən növbəti dəfə istifadə etmirəm. Son 3 ildə çox dəbildə dəyişdirməmişəm. Amma gələn il bəlkə də, 10-dan çox dəbilqəyə ehtiyacım oldu. Konbinezonlarda isə vəziyyət daha qarışıqdır. Həftəsonu hər 5 sessiyada yeni konbinezon geyinirəm və hamısını birdən yuyulmağa göndərirəm. 50-yə yaxın konbinezonum var. Qarderobumu açanda hamısı qarşımda olur. Ayaqqabılara gəldikdə isə, qarderobumda 20 cüt yarış ayaqqabısı var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 442
Teqlər ,
Paylaş

logo