Ş.Lekler Ferrari-dən ayrılır?

Ferrari komandasının sürücüsü Şarl Lekler gələn il Ferrari üçlüyə düşməyəcəyi halda, komandasını dəyişə bilər.

F-1.az bildirir ki, bu iddianı İtaliya mətbuatı yayıb. Leklerin komanda ilə 2024-cü ilin sonuna qədər müqaviləsi olsa da, iddiaya görə komanda üçlüyə düşməsə, şərtsiz komandadan ayrıla bilər. Çünki xəbərə görə Ferrari gələn mövsümü üçlükdə bitirə bilməsə, monakolu pilot müqaviləsini vaxtından əvvəl ləğv edə bilər.

Gələn il reqlament dəyişəcək və Ferrari hamıdan əvvəl yeni reqlament üzərində işləməyə başlasa da, uğura təminat yoxdur. Xəbərdə iddia edilir ki, Lekler komandadan ayrılıb, Həmiltonun əvəzinə Mercedes-ə keçə bilər. Buna görə də Ferrari Lekleri komandada saxlamaq istəyirsə, güclü addım atmalıdır.

Karlos Saynsın da müqaviləsi gələn ilin sonunda bitəcək və “qırmızılar” bu il güclü performans göstərən ispaniyalını komandada saxlamaq istəyirlər.

,
  • Los Blankos
    Dekabr 20, 2021 - 05:55

    Ferrari səviyyəsində bir sürücü deyil.Məncə komanda öz adını və səviyyəsini bu sezon qaldırmalıdır mütləq.Çünli kökıü bir komandadır və illərdir davam edən uğursuzluqlara son qoyulmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*