23 Oktyabr 2019, Çərşənbə - 22:08

Çin-2019: Birinci sərbəst yürüşlər

Çin-2019: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

07:48 - 12 Aprel, 2019

Şanxayda səhər hava çox sərin olub, temperatur maksimum +15 dərəcəyə yüksəlib. Sessiyanın ilk 20 dəqiqəsində heç nə baş verməyib – sürücülər bir dövrə vurub boksa qayıdıblar. Mercedes sürücüləri startdan yalnız 25 dəqiqə sonra trasa çıxıblar.

F-1.az bildirir ki, ilk nəticə Kubitsadan gəlib. Lakin bundan sonra aktivlik müşahidə edilib. Hava sərin olduğundan, təkərləri isitmək üçün sürücülər ardıcıl dövrələr vurmalı olublar. İlk yerlər uğrunda mübarizə Ferrari və Mercedes pilotları arasında gedib, bir qədər sonra onlara Ferstappen də qoşulub.

Sessiya boyunca Medium təkərlərdən daha çox istifadə edilib. Orta sıralarda nəticələr xeyli sıx olub. Ciddi səhvlər baş verməsə də, texniki problemlərdən qaçmaq mümkün olmayıb – Covinatsı bir dövrə vurduqdan sonra boksa qayıdıb və sessiya onun üçün yekunlaşıb. Məşqlər bu gün davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:33.91119
244Lyuis HəmiltonMercedes AMG1:34.118+ 0:00.20721
316Şarl LeklerFerrari1:34.167+ 0:00.25621
433Maks FerstappenRed Bull1:34.334+ 0:00.42320
577Valtteri BottasMercedes AMG1:34.653+ 0:00.74222
63Daniel RikkardoRenault1:35.239+ 0:01.32823
710Pyer QasliRed Bull1:35.428+ 0:01.51723
826Daniil KvyatToro Rosso1:35.447+ 0:01.53624
918Ləns StrollRacing Point1:35.466+ 0:01.55525
108Roman QrojanHaas1:35.507+ 0:01.59624
1120Kevin MaqnussenHaas1:35.517+ 0:01.60625
1227Niko HülkenberqRenault1:35.591+ 0:01.68022
134Lando NorrisMcLaren1:35.631+ 0:01.72024
1423Aleksander ElbonToro Rosso1:35.695+ 0:01.78425
157Kimi RəykkönenAlfa Romeo1:35.729+ 0:01.81823
1655Karlos SaynsMcLaren1:35.756+ 0:01.84524
1711Serxio PeresRacing Point1:35.820+ 0:01.90923
1888Robert KubitsaWilliams1:36.847+ 0:02.93627
1963Corc RassellWilliams1:37.619+ 0:03.70828
2099Antonio CovinatsiAlfa Romeo2

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 149
Teqlər , , , , , ,
Paylaş

logo