D.Kvyat: “Red Bull hər şeyə qadirdir”

Daniil Kvyat bildirib ki, Red Bull komandası növbəti yarışlarda yeniliklər gətirsələr, Ferrari və Mercedes ilə mübarizə apara bilərlər...

F-1.az xatırladır ki, Red Bull komandası bu mövsüm hamını təəccübləndirməkdədir. Daniil Kvyat da öz ölkəsindəki yarışdan əvvəl bildirib ki, onların şassi və mühərriklərindəki yeniliklər gözləniləndən daha yaxşı effekt verib. Renault şirkəti Kanaqaya böyük yeniliklər gətirməyi planlaşdırır. Ona görə də Red Bull komandasının ümidləri get-gedə artmaqdadır.

Daniil Kvyat jurnalistlərin “Monako kimi traslarda qələbə uğrunda mübarizə verə biləcəksiniz?” sualına belə cavab verib: “Proqnoz vermək istəmirəm, amma şassimiz güclüdür.

Kim bilə bilər? Hər şey ola bilər. Keçən il problemlərimiz olmasına baxmayaraq, Monakoda rəqabətədavamlı idik, ancaq bu il daha da rəqabətədavamlı ola bilərik.

Nələr olacağını bilmirik, amma əlimizə yaxşı fürsətlər düşəcək.

Biz elə də çox inkişaf etməmişik. Sadəcə bəzi şeylər daha rahat olub. Mühərrik artıq etibarlıdır və bizə rahat sürməyə imkan verir.

Biz güc cəhətdən irəliyə addım atdıq, amma fərqi bağlamaq üçün bu addımdan yenə də atmalıyıq. Beləliklə, Ferrari və Mercedes ilə fərqi bağlaya bilərik.

Biz keçən il şassini necə istifadə edəcəyimizi öyrəndik və bu il çalışırıq ki, hər şeydən maksimumu alaq. Vəziyyətimiz pis deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*