Barselona-2026: Həmiltondan Ferrari-də ilk qələbə

Barselona trasını çox vaxt maşınların real gücünü qiymətləndirmək üçün ən uyğun yer adlandırırlar. Burada ötmə etmək mümkündür, lakin maşınlar sürətlərinə görə o qədər dəqiq sıralanırlar ki, yağış və ya başqa xüsusi hallar olmadıqca ötmələr çox nadir hallarda baş verir.

Yeni reqlament şəraitində komandalar artıq yanvarda Barselonada testlər keçirmişdilər. O vaxtdan maşınlar ciddi şəkildə dəyişsə də, liderlər dəyişməyib – Mercedes və Ferrari pilotları start düzülüşünün ilk sıralarını bölüşüblər. Lakin onların arasında Şarl Lekler olmayıb. O, bir həftə əvvəl Monakoda olduğu kimi, sıralanma turunda maşınını qəzaya uğradıb və yarışa yalnız onuncu yerdən başlayıb.

Cümə günü ən yaxşı nəticəni McLaren pilotu Lando Norris göstərib. Daha sonra Mercedes sürətini artırıb – şənbə səhəri ən sürətli nəticəni Corc Rassell əldə edib və daha sonra sıralanma turunu da qazanaraq mövsümdə üçüncü, karyerasında isə onuncu poulunu əldə edib.

Lyuis Həmilton ikinci olub və keçmiş komanda yoldaşı ilə birlikdə ilk sıranı bölüşüb. İkinci sıradan çempionat lideri Kimi Antonelli və hazırkı dünya çempionu Lando Norris, üçüncü sıradan isə Red Bull pilotları Maks Ferstappen və Ayzek Həcər start alıblar.

Pirelli buraya adət ediləndən bir pillə daha yumşaq təkər tərkibləri gətirib – Hard rolunda C2, Medium rolunda C3 və Soft rolunda C4 tərkibləri iştirak edib. Barselonanın yeyilmiş asfaltında və çox isti hava şəraitində təkərlər sürətlə aşınıb ki, bu da strategiyalara ciddi təsir göstərib.

Fernando Alonso güc qurğusunun komponentləri dəyişdirildiyi üçün yarışa pit-leynindən başlayıb. Həmilton, Ferstappen, Hülkenberq, Kolapinto, Sayns, Peres və Okon startda Soft təkərlərə üstünlük veriblər. Alonso Hard, qalan pilotlar isə Medium təkərlərlə yarışa başlayıblar.

Startda Rassell liderliyini qoruyub və ilk beşlikdə mövqelər dəyişməyib. Həcər səkkiz, Bortoleto isə beş yer itirib. Lekler zəif start alan Həcərə çırpılmaqdan son anda yayınıb və üç mövqe qazanıb. 2-ci dövrədə ilk onluq: Rassell – Həmilton – Antonelli – Norris – Ferstappen – Piastri – Lekler – Louson – Hülkenberq – Lindblad.

3-cü dövrədə Həcər 13-cü yer uğrunda mübarizədə Saynsı qabaqlayıb. 7-ci dövrədə Lans Stroll ötürmələr qutusunun sıradan çıxması səbəbindən maşınını boksa gətirərək yarışı dayandırıb. Lekler isə birinci döngədə əyləcləmə zamanı az qala Piastrini vuracaqdı, lakin insident baş verməyib və 9-cu dövrədə o, rəqibini üstələyərək irəli keçib.

12-ci dövrədə Həmilton və Louson pit-stop ediblər. Lyamın maşınına xidmət zamanı kiçik gecikmə yaşanıb. 13-cü dövrədə Ferstappen, Kolapinto və Peres, 14-cü dövrədə Norris, Hülkenberq, Okon və Elbon, 15-ci dövrədə isə Antonelli, Piastri, Qasli və Sayns təkərlərini dəyişiblər. Valtteri Bottas maşınını boksa gətirərək yarışı dayandırıb.

16-cı dövrədə Həcər və Bortoleto, 17-ci dövrədə Lekler, 19-cu dövrədə isə Berman pit-stop ediblər. Alpine komandası pilotlarına mövqe dəyişməyi tapşırıb və 20-ci dövrədə Kolapinto Qasliyə yol verib. Berman pit-stopdan sonra Alonso və Peresi qabaqlayıb.

23-cü dövrədə Alonso, 24-cü dövrədə Lindblad, 27-ci dövrədə Həmilton, 30-cu dövrədə Ferstappen, 31-ci dövrədə isə Hülkenberq və Elbon yeni təkərə keçməyə yollanıblar. Hülkenberq daha sonra bokslarda dayanaraq yarışı tərk edib.

33-cü dövrədə Həcər və Peres, 35-ci dövrədə Bortoleto, 36-cı dövrədə isə Kolapinto, Norris və Okon təkər dəyişiblər. Antonelli Rassellə ciddi təzyiq göstərib. Corc boksa çağırıldıqdan sonra Piastri və Elbon da pit-stop üçün içəri giriblər.

38-ci dövrədə Antonelli, 39-cu dövrədə Lindblad, 40-cı dövrədə isə Lekler təkərlərini dəyişiblər. 40-cı dövrədə ilk onluq: Həmilton – Rassell – Antonelli – Norris – Ferstappen – Lekler – Piastri – Həcər – Qasli – Kolapinto.

41-ci dövrədə Fernando Alonso 10-cu döngədə dayanıb və yarış rəhbərliyi Virtual Təhlükəsizlik Maşını rejimi elan edib. Ferstappen və Berman, daha sonra isə Həmilton və Qasli pit-stop ediblər. 48-ci dövrədə ilk onluq: Həmilton – Rassell – Antonelli – Norris – Ferstappen – Lekler – Piastri – Həcər – Qasli – Kolapinto.

Son dövrələrdə Antonelli Rasselli sıx təqib edib. Pilotlar bir saniyə fərqlə hərəkət edirdilər. Kimi artıq tras limitlərini pozduğuna görə qara-ağ bayraq göstərilib, üstəlik Norris də onların arxasında bir saniyəlik məsafədə gedib.

56-cı dövrədə Bortoleto, 57-ci dövrədə isə Sayns pit-stop edib. Hər ikisi Okonu qabaqlayıb. 60-cı dövrədə Həcər, 61-ci dövrədə isə Okon təkər dəyişib. 61-ci dövrədə Antonelli birinci döngədə Rasselli keçərək ikinci yerə yüksəlib, lakin yarım dövrə sonra onun maşını trasda dayanıb. Son üç yarışda ikinci dəfə Mercedes güc qurğusu pilotlarından birinin yarışı vaxtından əvvəl başa vurmasına səbəb olub.

Lekler və Berman boksa dönüblər və hər ikisi yarışı dayandırıblar.

Lyuis Həmilton Barselona Qran Prisinin qalibi olub. Bu, onun karyerasında 106-cı qələbə, Ferrari ilə isə ilk zəfəridir. Corc Rassell ikinci yeri tutub, Lando Norris isə podiumun üçüncü pilləsinə yüksəlib. Formula 1 tarixində ilk dəfə 1968-ci ildən sonra podiumda üç britaniyalı pilot yer alıb.

Racing Bulls komandası ardıcıl ikinci yarışda hər iki maşını ilə xal qazanıb.

İki həftədən sonra mübarizə Şpilberqdə davam edəcək.

S Sürücü Komanda Dövrə sayı Zaman/Səbəb Pit
1 Lyuis Həmilton Ferrari 66 1:32:28.105 3
2 Corc Rassell Mercedes 66 +19.561 2
3 Lando Norris McLaren 66 +23.719 2
4 Maks Ferstappen Red Bull 66 +40.497 3
5 Oskar Piastri McLaren 66 +58.661 2
6 Ayzek Həcər Red Bull 65 +1 dövrə 3
7 Pyer Qasli Alpine 65 +1 dövrə 2
8 Lyam Louson Racing Bulls 65 +1 dövrə 2
9 Arvid Lindblad Racing Bulls 65 +1 dövrə 2
10 Franko Kolapinto* Alpine 65 +1 dövrə 2
11 Qabriel Bortoleto Audi 64 +2 dövrə 3
12 Karlos Sayns Williams 64 +2 dövrə 3
13 Esteban Okon Haas 64 +2 dövrə 3
14 Serxio Peres Cadillac 63 +3 dövrə 3
Şarl Lekler Ferrari 62 sükan 3
Kimi Antonelli** Mercedes 61 motor 2
Oliver Berman Haas 60 texniki problem 3
Aleks Elbon Williams 55 +11 dövrə
Fernando Alonso Aston Martin 37 Batereya
Niko Hülkenberq Audi 29 texniki problem
Valtteri Bottas Cadillac 15 texniki problem
Ləns Stroll Aston Martin 5 ötürmələr qutusu
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*