A.Dzanardi: “Bottas Rosberq deyil”

Sabiq Formula1 sürücüsü Aleks Dzanardi bildirib ki, Bottasın komanda yoldaşı Həmiltonla mübarizə apara biləcəyinə inanmır.

F-1.az xatırladır ki, Bottas son verdiyi açıqlamada Mercedes-ə ikinci olmaq üçün gəlmədiyini və məqsədinin Lyuisi məğlub etmək olduğunu demişdi.

Amma Dzanardi Bottasın istedadına güvənsə də, bildirib ki, finlandiyalı Həmiltonla mübarizə aparacaq səviyyədə deyil.

Aleks Dzanardi: “Lyuis bundan əvvəl bir neçə dəfə nəyə qadir olduğunu və hegemonluq edə biləcəyini göstərmiş sürücüdür. Keçən il Rosberq Həmiltonu çox işləyərək qabaqladı. Bottas yaxşı sürücüdür, amma Rosberq deyil. 2017-ci il mövsümü Lyuis üçün əvvəlki illərdən daha asan olacaq. Onu Red Bull və Ferrari sürücüləri izləyəcəklər. Sözün açığı, Daniel Rikkardoya çox güvənirəm. Əla mövsüm keçirə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*