L.Həmilton: “İtim də təkərlərin sərt olduğunu anladı”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Pirelli-nin builki təkərləri daha sərtdir və təkərlərin markalanması insanların fikrini dağıdır.

F-1.az xatırladır ki, italiyalı şirkət bu mövsüm daha yumşaq tərkiblərdən istifadə edərək yeyilmənin qarşısını almaq istəyib.

Lakin Həmilton təkərlərin daha sərt olduğunu, hətta iti Roskonun da bunu anladığını deyib: “Təkərlər bir az sərtdir. Təkərlərin necə olduğunu bilmək istəyirsiniz? Bu il onları işlətmək keçən ilə nisbətən daha çətindir. Bu il markalanma da fərqlidir – C5, C4, C3, C2 və C1. Məncə, əvvəlki rənglərə baxanda indiki sistem daha qarışıqdır. Buna öyrəşəcəyik.

Valtteri təkərlərdən razıdır və mən də necə işlədiklərini anladım. Dolu çənlə sürürdüm. Belə halda isə hansı il olursa-olsun özünüzü yaxşı hiss etmirsiniz. Lakin vəziyyət hamı üçün eynidir. Təkərləri anlamaq üçün əlimdən gələni edəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*