Fransa-2022: Yarış

Bu yay Avropada dəhşətli istilər müşahidə edilir. Fransada da havanın temperaturu həftəsonu boyunca maşınlar, sürücülər və tribunalardakı azarkeşlər üçün çətinliklər yaradıb.

F-1.az xatırladır ki, dünənki sərbəst yürüşlərdə əvvəlcə Şarl Lekler, sonra isə Karlos Sayns hamıdan sürətli olub. Bu gün isə Maks Ferstappen protokollara başçılıq edib. Sıralanma turunda gərgin mübarizədən Şarl Lekler qalib ayrılaraq növbəti titulunu əldə edib.

Pirelli bura orta üçlüyü – C2, C3 və C4tərkiblərini gətirib. Bottas, Qasli və Sayns sərt, qalan sürücülər isə orta təkərlərlə start alıblar.

Yarışa ilk cərgədən Lekler və Ferstappen, ikinci cərgədən Peres və Həmilton, üçüncü cərgədən isə Norris və Rassell başlayıb. Gücqurğusunda reqlamentdə icazə veriləndən artıq dəyişiklik edən Sayns və Maqnussen son cərgəyə göndərilib.

Lekler startda liderliyini qoruyub, Həmilton Peresi keçib. Tsunoda Okonla mübarizədə yerində fırlanıb, fransız sürücüyə 5 saniyəlik cəza verilib. Maqnussen 7, Stroll isə 5 yer qazanıb.2-ci dövrədə ilk onluq: Lekler – Ferstappen – Həmilton – Peres – Alonso – Rassell – Norris – Rikkardo – Okon – Stroll.

Ferstappen və Lekler ardıcıl sürətli dövrələr vurublar. Lakin tras keçidə imkan verməyib. Bir qədər arxada isə Peresin Həmmiltona hücum cəhdləri olub. Lakin bu da nəticə verməyib. Beşinci dövrədə Rassell Alonsonu, Sayns isə Şumaxeri qabaqlayıb. İspan sürücü bir qədər sonra Elbon və Maqnusseni də geridə qoyub. Red Bull sürücülərinin nəticəsiz hücum cəhdlərindən sonra fərqlər bir qədər artıb. Maqnussen 9-cu, Şumaxer və Çjou 10-cu, Tsunoda isə 12-ci dövrədə erkən pit-stop edib. Sayns hər iki Aston Martin sürücüsünü də ötərək ilk onluğa yüksəlib.

Peleton 15-ci dövrədə o qədər uzanıb ki, heç bir sürücü öndəki rəqibi ilə DRS məsafəsində olmayıb. Ferstappen 16-cı dövrədə pit-stop edərək trasa 7-ci yerdə qayıdıb. Dərhal da vaxt itirmədən Norrisi geridə qoyub. Saynsın növbəti qurbanı isə Rikkardo olub. Lekler 18-ci dövrədə qəza edərək yarışla vidalaşıb. Bunun öz səhvindən olduğunu etiraf edib. TM trasa çıxıb və sürücülər təkər dəyişmək üçün pit yoluna tələsiblər. TM arxasında ilk onluq: Ferstappen – Həmilton – Peres – Rassell – Alonso – Norris – Rikkardo – Sayns – Okon – Stroll.

Ferrari Saynsı pit-stopdan çox təhlükəli şəkildə buraxıb və Elbon onunla toqquşmaqdan son anda yayınıb. Karlosa 5 saniyəlik cəza verilib. Tsunoda yarışdan çəkilib. Restart 21-ci dövrədə elan olunub, Ferstappen yerini qoruyub. Sayns hər iki McLaren sürücüsünü keçib. Daha sonra isə Alonsonu üstələyib. Şumaxer Çjou ilə mübarizədə yerində fırlanıb, çinli sürücünün ön qanadı qırılıb, üstəlik, o da 5 saniyəlik cəza alıb.

Bottas səhvə yol verən Qaslini ötüb. Sayns Rasselli də keçərək dördüncü yerə qalxıb. Daha sonra Qasli Maqnusseni keçib, Bottas təkərlərini dəyişib. Latifi və Maqnussen təmas edərək trasdan çıxıblar. Hər iki sürücü pitə gəlib, Kevin üçün mübarizə başa çatıb. Sayns Peresi də keçdikdən sonra həm cəzasını çəkmək, həm də artıq tam yeyilmiş Medium təkərləri dəyişmək üçün pit-stop edib. Trasa 9-cu yerdə qayıdıb.

Bir qədər sonra Latifi də yarışdan çəkilib. Sayns Okon və Rikkardonu keçərək iki pillə yüksəlib. Bir qədər sonra Norrisi də keçərək sürətlə Alonsoya yaxınlaşıb. Okon isə Rikkardonu məğlub edib. Qasli Elbonu ötüb. Sayns sona 5 dövrə qalmış Alonsonu asanlıqla keçib. Çjou 49-cu dövrədə mübarizəni dayandırmalı olub. Onun maşınının təxliyəsi üçün VTM rejimi elan edilib. Restart cəmi 2 dövrə sonra verilib. Peresin ani gecikməsindən yararlanan Rassell onu keçərək ilk üçlüyə yüksəlib. Bu iki sürücü finişə qədər mübarizə aparsalar da, yerdəyişmə olmayıb.

Beləliklə, Maks Ferstappen mövsümdə 7-ci, karyerasında isə 27-ci qələbəsini qazanaraq çempiondakı xal fərqini 63-ə qaldırıb. Lyuis Həmilton bu mövsüm ilk dəfə Mercedes-ə ikincilik qazandırıb. Komanda həm də hər iki sürücüsü ilə posiuma çıxmağa nail olub – Corc Rassell yarışı üçüncü yerdə tamamlayıb.

Növbəti yarış gələn həftəsonu Macarıstandadır. Sonrasında isə 1 aylıq yay fasiləsi bizi gözləyir…

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 1 Maks Ferstappen Red Bull 1:30:02.112 1
2 44 Lyuis Həmilton Mercedes + 0:10.587 1
3 63 Corc Rassell Mercedes + 0:16.495 1
4 11 Serxio Peres Red Bull + 0:17.310 1
5 55 Karlos Sayns Ferrari + 0:28.872 2
6 14 Fernando Alonso Alpine + 0:42.879 1
7 4 Lando Norris McLaren + 0:52.026 1
8 31 Esteban Okon Alpine + 0:56.959 1
9 3 Daniel Rikkardo McLaren + 1:00.372 1
10 18 Ləns Stroll Aston Martin + 1:02.549 1
11 5 Sebastyan Fettel Aston Martin + 1:04.494 1
12 10 Pyer Qasli AlphaTauri + 1:05.448 1
13 23 Aleksander Elbon Williams + 1:08.565 1
14 77 Valtteri Bottas Alfa Romeo + 1:16.666 2
15 47 Mik Şumaxer Haas + 1:20.394 2

 

Sürətli dövrə: Karlos Sayns (Ferrari) – 1:35.781 (51-cü dövrə, 219.575 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Quanyu Çjou Alfa Romeo 49 mexaniki problem
Nikolas Latifi Williams 43 qəza
Kevin Maqnussen Haas 39 qəza
Yuki Tsunoda AlphaTauri 19 mexaniki problem
Şarl Lekler Ferrari 18 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 233
2 16 Şarl Lekler Scuderia Ferrari 170
3 11 Serxio Peres Red Bull Racing 163
4 55 Karlos Sayns Scuderia Ferrari 144
5 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 143
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 127
7 4 Lando Norris McLaren Racing 70
8 31 Esteban Okon Alpine F1 Team 56
9 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 46
10 14 Fernando Alonso Alpine F1 Team 37
11 10 Kevin Maqnussen Haas F1 Team 22
12 3 Daniel Rikkardo McLaren Racing 19
13 20 Pyer Qasli Scuderia AlphaTauri 16
14 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 15
15 47 Mik Şumaxer Haas F1 Team 12
16 22 Yuki Tsunoda Scuderia AlphaTauri 11
17 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 5
18 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 4
19 23 Aleksander Elbon Williams Racing 3

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 396
2 Scuderia Ferrari Ferrari 314
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 270
4 Alpine F1 Team Renault 93
5 McLaren F1 Team Mercedes 89
5 Alfa Romeo F1 Team ORLEN Ferrari 51
6 Haas F1 Team Ferrari 34
8 Scuderia AlphaTauri Red Bull 27
9 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 19
10  Williams Racing Mercedes 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*