M.Ferstappen 1 nömrə ilə yarışacaq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, çempion olacağı təqdirdə bir nömrəli maşınla yarışacaq.

F-1.az xatırladır ki, niderlandlı sürücü sona 3 yarış qalmış ən yaxın rəqibi Lyuis Həmiltondan 14 xal öndədir.

Maks Ferstappen: “Çempion olsam, 1 nömrəli maşınla yarışacağam. Ömrünüz boyu neçə dəfə 1 nömrəli maşınla yarışmaq fürsətiniz olub? Bu atributlarımız üçün də yaxşı olacaq”.

Qeyd edək ki, 2014-cü ildən etibarən sürücülər öz nömrələrini seçirlər. O tarixdən bəri yalnız Sebastyan Fettel 1 nömrəli maşınla yarışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*