Williams bolidi Doktor Dum dizaynında təqdim edib

2026-cı ilin sonunda Marvel kinematoqrafik kainatının yeni filmi - "Qisasçılar: Qiyamət günü" (Avengers: Doomsday) dünya üzrə kinoteatrlarda nümayişə çıxacaq. Filmdə superqəhrəmanlar Doktor Duma qarşı mübarizədə bir araya gələcək. Disney studiyası filmin reklam kampaniyasını uzun müddətdir aparır və bu çərçivədə Formula 1 komandası Williams ilə əməkdaşlıq qurub.

Kampaniyası çərçivəsində Karlos Sayns, Aleks Əlbon və Britaniya komandasının rəhbəri Ceyms Vaulz komiksin qəhrəmanlarına çevrilib, burada onlar Dəmir adam, Qara dul, Kapitan Amerika və Marvel-in digər qəhrəmanları ilə birlikdə Doktor Duma qarşı mübarizə aparacaq. Lakin Williams ilə Marvel-in əməkdaşlığı bununla məhdudlaşmayıb.

ABŞ-ın Ostin şəhərində keçiriləcək Qran Pridə Williams fan-zonada “Qiyamət günü”nün təqdimatına həsr olunmuş xüsusi rəng çalarlarında şou-kar nümayiş etdirəcək. Maşın Doktor Dumanın yaşıl rənginə boyanıb, mühərrik qapağı isə yeni filmdə Robert Dauninin canlandırdığı supercaninin məşhur maskası ilə bəzədilib.