M.Ferstappen yağış istəmir

Red Bull komandasının sürücüsü Maks Ferstappen İstanbulda yağış istəmir.

F-1.az xatırladır ki, Türkiyə doqquz ildən sonra təqvimə qayıtsa da, cümə günü yeni asfalt qatına görə sürücülər asfaltla ilişmədə çətinlik çəkiblər.

Maks Ferstappen: “Asfaltla ilişmə çox zəifdir. Ancaq bizim üçün yaxşı gün idi. Bolidimiz əla işlədi. Ümid edirəm ki, trası təmizləməzlər. Trasın niyə bu qədər sürüşgən olduğunu anlamalıyıq. Hazırda hədəflədiyimiz nəticədən 5 saniyə geridəyik. Elə bil ki, buz üzərində sürürük. Portimaodakı asfaltdan da pisdir. Ancaq vəziyyət hamı üçün eynidir. Ümid edirəm ki, yağış yağmaz. Belə olan halda gərək mismarlı təkərlərlə yarışaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*