D.Mateşiç: “Sürücülürəmizi əldən verməyəcəyik”

Red Bull şirkətinin həmsahibi Diter Mateşiç bildirib ki, sürücülərini əldən verməyəcək.

F-1.az xatırladır ki, Rosberq təqaüdə çıxdıqdan sonra Mercedes sürücü axtarışlarına başlamış və Rikkardo, Ferstappen və Saynsın adı almanlarla hallanmışdı.

Amma Mateşiç sürücülərini heç bir yerə buraxmayacağını bildirib: “Bir ara sürücülərimizin adı Mercedes-lə hallanırdı. Amma bu mövzu ilə bağlı elə də məlumatım yoxdur. Helmut və Niki öz aralarında danışıblar. Hamı bunu bilməlidir ki, sürücülərimiz bizimlə olduqları üçün xoşbəxtdirlər və heç bir yerə getməyəcəklər. Eyni zamanda Toro Rosso-dakı sürücülərimiz də bizim üçün dəyərlidirlər. Karlos və Daniil iki istedadlı sürücülərdir. Əminəm ki, hər bir komanda onları istəyər. Amma onlar Red Bull-un tərkibində qalmağa davam edəcəklər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*