M.Ferstappen: “Barselonada hər şey müəyyənləşə bilər”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Barselonadakı yarışda çempionatın taleyi həll oluna bilər.

F-1.az xatırladır ki, hollandiyalı sürücü mövsümə səhvlərlə başlayıb və hər yarışda insidentlərə qarışıb.

Maks Ferstappen: “Mövsümöncəsi testlərdə hamı Barselonada çoxlu dövrə vurdu və mən bolidin inkişafını görmək üçün səbirsizlənirəm. Çoxlu yeniliklərimiz olacaq. Ümid edirəm ki, yaxşı nəticə qazanarıq. Bilirik ki, rəqiblərimiz də boş oturmayacaqlar və real gücümüzü görmək üçün vacib yarışdır. Burada hər şey müəyyənləşə bilər. Bolidimiz güclüdür, amma Ferrari və Mercedes-dən geri qalırıq. Ümid edirəm ki, fərqi qapada bilərik.

Barselonada 2016-cı ildə qalib gəlmişdim və burada gözəl xatirələrim var. Məqsədimiz eyni nəticəni təkrarlamaqdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*