H.Marko: Formula1 bahadır

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Formula1 hələ də çox baha idman növüdür.

F-1.az xatırladır ki, gələn ildən etibarən komandalarda büdcə limiti olacaq və hər komanda bir mövsüm ərzində 145 milyon dollar xərcləyəcək. Bu məbləğ 2022-ci ildə bir qədər də azalaraq, 140 milyona düşəcək. 2023-cü ildə isə 135 milyon dollar olması gözlənilir.

Büdcə limiti sadəcə bolidin təkmilləşməsi üçün keçərlidir. Reklam xərcləri, sürücülərin maaşları və ən yüksək maaşlı üç işçinin maaşları bu limitə daxil deyil. Buna görə də böyük komandaların xərclərinin azalmaması gözlənilir.

Helmut Marko: “Xərcləri azaltmaq üçün ilk addım atıldı. İndi isə mühərriklərin inkişafı dondurulmalı və xərclərə limit gəlməlidir. Son olaraq isə sürücülərin maaşları və marketinqlə bağlı xərclərə məhdudiyyət gəlməlidir.

Formula1-də komandalar pul qazanmalıdırlar. Hazırda heç kim qazanmır. Bu hal gələcək üçün heç də yaxşı deyil. Yeni komandaların və istehsalçıların gəlməsinə şərait yaratmalıyıq. Hazırda xərclər çox olduğu üçün heç kim seriyaya gəlmək istəmir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*