Red Bull cəzadan narazıdır

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Valtteri bottasın Macarıstandakı qəzasına "gözəl strategiya" deyib.

F-1.az xatırladır ki, Macarıstan yarışının startında Valtteri Bottas əylənmə nöqtəsini qaçıraraq, Norrisə çırpılmış, Norris də Ferstappenlə təmas etmişdi. İnsidentin davamında isə Bottas bu dəfə Pereslə təmas yaşayaraq, rəqibinin mübarizəni dayandırmasına səbəb olmuşdu.

Yekunda Bottas, Peres və Norris mübarizəni dayandırmış, Ferstappen isə sağ tərəfi tamamilə zədələnmiş maşınla yoluna davam edərək, yarışı 9-cu yerdə bitirmişdi.

Lakin Valtteri Bottas bu insidentə səbəb olduğu üçün növbəti Belçika yarışının startında 5 yer itirəcək.

Kristian Horner: “Mercedes əla strategiya seçdi. Valtteri iki maşınımızı da yarışdan çıxararaq, əla iş gördü. Düzdür, sonrakı yarış üçün cəza aldı, amma bu cəzanı Spa-da iki dövrəyə kompensə etmək olar. Real cəza deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*